WeB Portal
Main | Registration | Login Welcome Guest | RSS
Категории раздела
Programlar [17]
Musigi [5]
Xeberler [10]
Maragli [3]
Sevgi [4]
Video carxlar [2]
Wep Scrip [2]
Xakerler ucun [3]
Oyun [5]
Mobile [9]
Şəkil [4]
Crack,Key,Keygen [0]
Мини-чат
Наш опрос
saytimizin dizayni necedir
Total of answers: 44
Статистика
Main » 2009 » June » 13 » Satanistdən müsahibə
Satanistdən müsahibə
12:49 PM
Satanizm, şeytançılıq - bu kimi sapqın inancların artıq Azərbaycanda da yayıldığı heç kim üçün sirr deyil. Onlardan birini tapıb söhbət etmək çoxdankı arzum idi. Lakin satanistlərin özlərini maksimum qapalı və sirli aparmaları bu istəyimi reallaşdırmağa ən böyük əngəl idi. Nəhayət, Türkiyədəki həkim dostum onun belə bir kolleqasının olduğunu söylədi. Türk əsilli bu qız Finlandiya vətəndaşıdır. 18 yaşı var, unversitetdə tibb fakültəsinin tələbəsidir. Onunla söhbətimiz böyük çətinliklə də olsa, baş tutdu. Müsahibə (internet vasitəsi ilə alınıb) boyu o, inancına uyğun olaraq, özünü çox aqressiv və şıltaq aparır. Kefi istəməyən sualları “boş ver” deyə rədd edir. Beləliklə, satanist həkimin müsahibəsi əliniz altındadır.

- Sizə necə müraciət edəcəyəm? Adınızı çağırım, ya necə?

- Sizli, bizli danışmayaq. Rəsmiyyəti heç xoşlamıram. Necə istəyirsən, de. Mənə «Meduza» deyə bilərsən.

- Yaxşı. Satanizm səni özünə necə cəkdi?

- Dünyanın qaranlıq tərəfləri məni həmişə maraqlandırırdı. Səbəbini bilmirəm. Satanizm mənə özəl bir şey kimi gəldi. Təxminən, 14 yaşımdan satanizm haqda düşünməyə başladım.


- Bəlkə, bir az konkret danışaq?
- Hmm... belə oldu: 14 yaşımda «black (qara) metal», «death (ölüm) metal», «rock» tərzli musiqilər dinləməyə başladım. Bu mahnıların sözləri xoşuma gəldi. Onlar aqressiv və canalıcı ruha malikdirlər. Bir də mən dəhşətli filmləri, vampirlərlə ilgili mövzuları sevirdim. Ölümsüzlük, qan ilə qidalanmaq-filan kimi söhbətlər mənə çox ilginc gəldi.

- Dediyin mövzular çoxlarını ilgiləndirir, amma bunlara görə insanın Şeytanı sevməsi bir az ağılabatan deyil...

- Eee, necə başa salım. Şeytan bizə özgə deyil. O, insanın içində vardır. Dolayısıyla biz insanların bir qismi şeytandır.

- Sən daha öncə dinlə maraqladınmı heç?

- Din deyərkən islamımı demək istəyirsən?

- İslam və ya xristianlıq...

- Atam, anam müsəlmandır. Amma mənə müsəlman demək olmaz. Bunu heç istəmirəm də. Dini kitablar… hə, oxudum. Din kitablarında şərlə (kötüylə) əlaqədar yazılan şeylər normalda insanların sinirini pozur, amma mənim, tam əksinə, diqqətimi çəkdi. Və şəri daha çox sevməyə başladım. Sonra da bu yolu seçdim..



- Hansı şər əməlləri törətmək bir insanın satanist olduğunu sübut edər?

- Bunun üçün ancaq sadist və mazoxist olmağın gərəkdir. Əzab verməkdən qorxmayacaqsan, öldürməkdən, qan axıtmaqdan çəkinməyəcəksən. Və bir də ayinlərdə o qanı içməkdən...

- Qan nədir?

- Ayinlərdə şeytan üçün axıdılan qan. Adətən, bu, pişik qanı olur.

- İnsan qanının da bu ayinlərdə tökülməsi haqda deyilənlər doğrudurmu?

- Doğrusu, insanı kəsmək ən gözəlidir. Amma mənim olduğum ayinlərdə heyvan kəsilib: it, pişik və s.

- Qurban kəsilən insan mütləq satanist olmalıdır, ya onun inancının nə olması önəmli deyil?

- Əslində, o qədər önəmli deyil... Önəmli olan canlı birini Şeytan uğrunda kəsməkdir.

- Ayinləriniz hər gün keçirilir?

- Əgər mənim qatıldığım ayinlər haqda soruşursansa, yox. Həftədə bir dəfə. Gündə ayin keçirsən, qurbanlıq canlı qalmaz ki…

- Satanistlər arasında məşhur adamlar varmı?
- Oooo (gülür)... Satanistlər arasında böyük insanlar vardır. Xristianların papaları, müsəlmanların imamları kimi. 

- Konkret ad çəkə bilərsənmi? Məsələn, ABŞ prezidenti Corc Buşun satanist olması nə dərəcədə həqiqətdir?

- Corc Buş.... Hımmm. Corcccc... O, gözəl işlər görür. İraq, Əfqanıstan savaşları, ölüm, qan. Amma açıq deyim ki, onu heç xoşlamadım.



- Satanistlərin böyükləri olurmu?

- Təbii. Onlara “işıqsızlar” deyirik. Bu işıqsızlar Şeytanla daha yaxın təmasa girə bilir, onlarla danışmağı bacarırlar. Ayinlərdən öncə
Şeytanın nə istədiyini də onlar bizə söyləyir. Bəzən güclü inanclı bir satanist Şeytana daha tez qovuşmaq üçün qurban edilmək də istəyə bilir.

- Satanistlərin hansı əlamətləri var? Onları toplumda necə tanımaq olar?

- Adətən, qara geyinirlər, aqressivdirlər, kənar insanlarla danışmağı sevməzlər, sadəcə, satanist yoldaşları ilə söhbətləşərlər. Bol-bol tikanlı bilərziklər, qulaqlarına, burunlarına pirsinq (bədənə taxılan xüsusi dəmir bəzək əşyası) taxarlar. Amma bunun tam əksinə, satanist olduğunu heç bəlli etməyənlər də var. Belələrinə “təvazökar satanist” deyirik.

- Satanistlər metallara, xüsusən dəmirə məhəbbət bəsləyirlər. Bunun səbəbi nədir? 

- Çünki dəmir can alandır. Qılınc da metaldan hazırlanır, o, adam öldürmək, qan tökməkdən başqa heç bir şey üçün deyil.

- Allahın varlığını qəbul edirsinizmi?
- Hə... Bizi ateistlərlə səhv salma. Allah var və o bizim ən böyük düşmənimizdir. Nə bilirsiniz, Allah kimdir? Bəlkə, onun özü də satanistdir! O deyilmi zövqləri yaradıb sonra onları haram elan edən? Belə etməklə sizə əzab verib, həzz alır. Əzab vermək, üstəgəl həzz almaq, bərabərdir satanizm.

- Dini kitablarda Şeytan və onun tərəfdarlarının cəhənnəmdə yanacağı deyilir. Bu, sizi qorxutmur?

- Qorxutmaq? Qorxu bizə yaddır. Cəhənnəmdən də qorxmağa dəyməz. Biz zatən cəhənnəm övladlarıyıq. Cəhənnəm bizim vətənimiz...

-Bəs ordakı iztirablar necə? Axı orda sizi yandıracaqlar, qır qazanı və s... bunları bilirsən?

- İstirab bizə həzz verən bir şeydir. Niyə ondan qaçmalıyam? Cəhənnəm bizim üçün başdan-başa zövq-səfa yeridir.

- Dünyada satanistlər çoxdurmu?

- Hələ ki, azıq. Amma hələ ki... Biz çoxalacağıq. Bütün dünyanın satanist olacağı gün uzaqda deyil.
- Siz Şeytanın sonda Allahın iradəsinə tabe olacağını qəbul etmirsiniz?

- Sonda qələbə bizimdir. Sizin nə deməyinizdən asılı olmayaraq.
- Satanistlər təbliğatını necə aparır? Özünüzə necə tərəfdar toplayırsınız? 
- Bu, çətin deyil. Bir insanın şər zehniyyətli olduğunu duymağınız bəs edir.

- Əxlaqi məsələlərə münasibətiniz necədir? Ailə, qadın-kişi münasibətləri sizdə necə tənzim olunur?

- Heç nə tənzim olunmur. Hər şey azaddır. Satanist bir insanın «filan şey günahdır» - deyə çəkinəcəyi heç nə yoxdur. Bir sözlə desək, sizin günah deyib çəkindiklərinizi etmək bizim üçün vacib bir əmrdi. 

- Satanistlər cəmiyyətdən öz inanclarını niyə gizlədir? Qorxudan, ya başqa səbəbdən?

- Qorxunu bir kənara qoy. Sadəcə olaraq, bəzi ayinlərdə insanların öldürülməsi bizi ehtiyatlı olmağa vadar edir. Yaşadığımız cəmiyyətin qaydaları hələlik buna imkan vermir. Həm də insanlarda bizim haqqımızda çox qorxulu düşüncələr var. Mən özümə satanist deyib dolaşsam, kimsə yaxınına buraxmaz. Amma bunlar ötüb gedəcək. Hər kəsin satanist olacağına dərin əminliyimiz var.

- Sizin simvollarınız varmı?
- Var. Beş ulduz və tərsinə xaç onlardan ən önəmlisidir.

- İxtisasca həkimsən. Həkimin funksiyası insanlara şəfa verməkdir, sənsə ölüm-qan istəyirsən. Bəlkə, bu peşəni də təsadüfi yox, insanları kəsib-doğramaq üçün seçmisən?

- Hımm... Çox ağıllısan. İnsan vücudunu dərindən öyrənib onları çeşidli yollarla öldürmək üçün tibbi seçdim.

- Bu yoldan nə zamansa çəkilməyin mümkündürmü?

- (sualı cavablandırmadan) «Salamat qal» - deyib gedir.

Category: Xeberler | Views: 552 | Added by: RaHDaR_H10 | Rating: 0.0/0 |
Total comments: 0
Name *:
Email *:
Code *:
Форма входа
Поиск
Календарь
«  June 2009  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024
    Site created in uCoz