Görünür razısan öz taleyindən, Məni nə zamandır soraqlamırsan?! Sənsiz saçlarıma qonub xeyli dən, Ömür kitabımı varaqlamırsan.
Sənsiz sevinmərəm, sənsiz gülmərəm, Qəlbim bir quruyan dənizdir indi. Səni özgəsindən ala bilmərəm, Səadət hamıya əzizdir indi.
Məni qəmli görsən əgər yollarda, Bil ki, bu qəm sənin, kədər sənindir. Mənim fikrim harda, səninki harda, Günlərim keçsə də hədər sənindir.
Məndən əbəs yerə qaçırsan, əbəs, Keçirsən yanımdan səssiz-səmirsiz. Qəlbini sıxırmı mülayim bir səs, "Bir zaman sevmişik, sevilmişik biz"
Ayrılıq nəğməsi Yenə qəm dumanı bürüyür məni Başına qar yağmış o dağlar kimi Sənsiz gecələr də üşüdür məni Donunu soyunmuş budaqlar kimi.
Vəfalı dost sözü dadıma çatır, Ayrılıq nəğməsi qəlbəhüzn qatır, Ağaran saçlarım günbəgün artır Payızda saralan yarpaqlar kimi.
Sönüb eşqimizin odu, ocağı, İndi buza dönüb yataq otağı. Sənsiz yetiməm mən, ana qucağı Əlindən alınmış uşaqlar kimi.
Nakam sevgimizi yaşayacağam, Səni sevəcəyəm nə qədər sağam. Qara gözlərinə her an möhtacam Yayda kölgə salan qovaqlar kimi.
Unudam gərək Ayrıldıq…güc gəldi bizə hücumlar, Ayrıldıq,usanıb tənədən sözdən. Bizdən razı qaldı yadlar,qohumlar, Biz razı qalmadıq öz-özümüzdən.
Ayrıldıq…nəğməmiz qaldı yarımçıq, Fikirlər pərişan,könüllər qırıq. Ayrıldıq de harda ləngidi zəmanə İndi nə sən sənsən,nə də mən mənəm.
Başımda tufanlar hayqırığından Meyvəsi dəyməmiş tökülən mənəm. Dağlara dırmanıb ardımca qoşdun, O axar sulara qarışan mənəm
Taleyin hökmüylə səm çox vuruşdun, Bu ağır hökm ilə barışan mənəm. Döyən də,vuran da,yıxılan da mən, Ayrıldıq… bilmədik neçin,nədən biz Ayrıldıq… Ayrılmaq istəmədən biz. Yoxdur sənə qəzəb,kin Yadıma düşməyir bəd əməllərin Nifrətsiz ayrılıq ayrılıq deyil.
Nifrətsiz ayrılıq ölümdən şirin. Gülüm sevə-sevə ayrılırıq biz, Ürək kökdən düşən tək simə bənzər. Bizim gözü yaşlı bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər. Deyirəm unudum səni mən gərək. Mümkünmü Arzuya əməl tən gərək! Unuda bilməkçün səni sevgilim, Təzədən doğulum,təzədən gərək.
GÖRÜŞ Biz ki,unutmuşduq ilk məhəbbəti, Ah,bu qəfil görüş kaş olmayaydı! Mənim gözlərimdə eşqin həsrəti, Sənin gözlərində yaş olmayaydı!
Mən də bəxtiyaram,sən də bəxtiyar, Bəs bu həsrət nədir, --bu məlal nədir? Saxlama qoy gedim, gözləyənim var, Gedimmi? Bir "hə" de, o sual nədir?
Dayanma qarşımda günahkar kimi, Mən ki, günahını bağışlamışam. Hələ qəlbi geniş adamlar kimi Sənin toyunu da alqışlamışam.
Bil ki, sevgilimdən sənə salam var, İstəsən ərinlə qonaq gəl bizə. Mənim ciyərparam bircə balam var, Açar qapımızı əlbəəl sizə.
Niyə zilləmisən gözlərini sən? Mənə əvvəlki tək baxma,amandır! Mən ki, əl çəkmişəm məhəbbətimdən, Qəlbimi odlara yaxma,amandır!
Peşiman olmağın nədir əlacı? Yüz fikir bir borcu ödəməz indi. Mən sənə qardaşam, sən mənə bacı, İlk eşqə tapmısan bir əlac indi. Yanmasın, ulduzum tez yanıb sönsə, Vədəsiz şadlığı istəmərəm mən. Özgənin eşqinə göz dikməkdənsə, Həsrətin qoynunda can verərəm mən. Sevcin, əziləyin, bir-birinizi, Ayrılıq diləsəm dilim lal olsun. Qolboyun, mehriban görəndə sizi Mənim şair könlüm qoy xoşhal olsun.
Şirin söz eşitsəm dodağınızdan, Bilin ki, sədası ürəyimdədir. Gəlsə körpə səsi otağınızdan, Hər xeyir-duası ürəyimdədir.
Pozmaram bir evin birliyini mən, Görsəm ev yıxılır,gedib quraram. Əl əldən soyusa, ürək ürəkdən, Sizi eşqinizə qovuşduraram.
Gəl nə peşiman ol,nə qəlbini sıx, Çətindir o günə qayıtmaq, çətin. Əvvəli sevincdir, sonu ayrılıq, -- Taleyi gətirmir ilk məhəbbətin.
Qoy bu ürək sözüm getməsin hədər: Məni sevirsənsə ismətini sev. Mən öz sevgilimi sevdiyim qədər, Sən də öz ərini qismətini sev!
Biz ki,unutmuşduq ilk məhəbbəti, Ah,bu qəfil görüş kaş olmayaydi! Mənim gözlərimdə eşqin həsrəti, Sənin gözlərində yaş olmayaydı..
SEVƏ SEVƏ AYRILAQ
Biz xoşbəxt olmadıq sevənlər kimi, İndi sonbahartək sızlar qəlbimiz Bəlkə bu dünyaya gəlmişik gülüm Artıraq dünyanın həsrətini biz.
Tənə də,gileydə daha əbəsdir Bu sirli röyadan ayrılaq gərək Ya sən gecikmisən,ya mən tələsdim İndi sevə-sevə ayrılaq gərək.
Könül gizli-gizli yanacaq indi Bir damla göz yaşın dənizdi mənə Bizə xatirələr qalacaq indi Sənin xatirəndə əzizdi mənə.
Bilirəm, bu həsrət üzəcək səni Çalış ki, sürünməyəsən Gözlərim hər zaman gəzəcək səni Çalış gözlərimə görünməyəsən.....
Bir hissin altında döyünür ürək Səni düşünür səndən xəbərsiz, Kaşki biləydim səndə mənim tək, Məni düşünürsən mənnən xəbərsiz
|